SON XƏBƏRLƏR

Türkiyənin "CNN Türk" kanalında Güney Azərbaycan müzakirə olunub

2022.07.29, 06:25
Türkiyənin "CNN Türk" kanalında Güney Azərbaycan müzakirə olunub

Gunaz.tv

Aparıcı və qonaqlar Güney Azərbaycanda 35 milyon türkün yaşadığını, dünyada Türkiyədən sonra ən çox türkü yaşadığı yerin Güney azərbaycan olduğunu xatırladıblar.

"Türkmənçay anlaşması ilə Rusiya ilə İran arasında bölünən, 35 milyonda ən çox türkün yaşadığı coğrafiyanı bir qırağa qoya bilmərəm. Amerikanın və İranında ən böyük qorxusu sabah, o biri gün bu iki Azərbaycanın bir araya gələrək birləşməsi ehtimalıdır"-deyə, verilişin aparıcısı bildirir.  

Verilişin davamında qonaqlar Güney Azərbaycanla bağlı fikirlərini bölüşüb, "Traxtur" futbol klubu və başqa bu kimi məsələləri müzakirə ediblər. 
 
"Güney Azərbaycanın başkəndi Təbriz. Təbrizdə gəzdiyimiz zaman "haray-haray mən türkəm" deyən insanlardan farsca bir şey soruşa bilməzsiniz"-deyə, professor, doktor Esat Arslan xatırladıb.

Qeyd edək ki, adı çəkilən veriliş sosial mediada, özəlliklə güneyli sosial media istifadəçiləri tərəfindən geniş yayılıb və Güney Azərbaycan türklərinin sosial mediada ən çox paylaşdığı və müzakirə etdiyi mövzulardan birinə çevrilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar