SON XƏBƏRLƏR

Türkiyənin Ermənistanla quru sərhədini açması müzakirə mövzusu deyil - Səfir Cahid Bağçı

2022.01.28, 14:35
Türkiyənin Ermənistanla quru sərhədini açması müzakirə mövzusu deyil - Səfir Cahid Bağçı

Gunaz.tv

Qeyd edək ki, hər iki ölkənin hökuməti bu danışıqları aparmaq üçün xüsusi nümayəndə də təyin edib.

Bəzi iddialara görə, İrəvanla Ankara arasında gedən danışıqlarda iki ölkənin quru sərhədini açması məsələsi də gündəmdədir.

Ermənistanın Qarabağın bir sıra bölgəsindən çəkilməməsi , zaman-zaman təxribatlara əl atması bu ölkənin hələ də sülh razılaşmasına hazır olmadığını göstərir.
Bəs, belə bir məqamda Türkiyə Ermənistanla quru sərhədlərini aça bilərmi?

Qardaş ölkənin Azərbaycandakı səfiri Cahid Bağcı açıqlamasında bu barədə danışıb:

”Qarabağ məsələsi ilə bağlı Azərbaycanla  Ermənistan arasında hansı proses gedirsə, Türkiyə də onun içindədir.  Türkiyənin Ermənistanla quru sərhədini açması söhbəti isə müzakirə mövzusu deyil. Hələlik, belə bir məsələ masada yoxdur”. (Gununsesi.info)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar