SON XƏBƏRLƏR

Türkiyə prezidenti Tehrana səfər edib

2022.07.19, 03:28
Türkiyə prezidenti Tehrana səfər edib

Gunaz.tv

Türkiyə prezidenti Tehran rəsmiləri ilə danışıqlar aparmaq, həmçinin rusiyalı və iranlı həmkarları ilə birgə iclasda iştirak etmək üçün bazar ertəsi axşam saatlarında nümayəndə heyəti ilə birgə İran paytaxtına gəlib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin də iyulun 19-da Tehrana gedəcəyini deyib.

Rəcəb Tayyib Ərdoğanın İran prezidenti İbrahim Rəisinin iştirakı ilə İran-Türkiyə Ali Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcəyi gözlənilir. O, daha sonra “Astana prosesi” adlı danışıqlar çərçivəsində İran və Rusiya prezidentləri ilə birgə görüşdə iştirak edəcək.

Türkiyə Prezidentini səfərdə milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Nurəddin Nebati, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, prezidentin sözçüsü İbrahim Kalın və digər yüksək vəzifəli şəxslər müşayiət edir.

Rusiya prezidentinin Tehranda Türkiyə prezidenti ilə ayrıca görüşü olacağı gözlənilir.

Bu, Ukraynada müharibə başlayandan sonra iki ölkə liderləri arasında ilk görüşdür.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar