SON XƏBƏRLƏR

Türkiyə Prezidentinin müşaviri Azərbaycan Prezidentinə təşəkkür edib

2022.04.19, 09:31
Türkiyə Prezidentinin müşaviri Azərbaycan Prezidentinə təşəkkür edib

Gunaz.tv

Bu fikirləri Türkiyə Prezidentinin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri Aygün Attar Azərbaycan Prezidentinin onu “Dostluq” ordeni ilə təltif etməsinə münasibət bildirərkən deyib.

Aygün Attar qeyd edib ki, əslən Qarabağdan olan biri kimi ən böyük mükafatı Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti ilə işğaldan azad edilən Qarabağ torpaqları oldu:

“Yeri gəlmişkən, Şuşaya Dünya Azərbaycanlılarının V Qurultayına dəvət olunmuşam. Şuşa ilində orada toplanmağımız olduqca əlamətdardır və bu fürsəti də bizə verən, dəmir yumruğuyla zəfərə imzasını atan Azərbaycan Prezidentinə Vətəndən uzaqda, ancaq ürəyi Vətənlə döyünən dünya azərbaycanlıları adından təşəkkürlərimi bildirirəm.

Çox böyük bir qürurdur ki, yaxamda Vətənim tərəfindən mənə verilən 2016-cı ildə "Vətənə xidmət" ordeni, 2022-ci ildə doğum günüm ərəfəsində cənab Prezidentin sərəncamı ilə mənə verilən "Dostluq" ordeni ilə birlikdə Vətən torpağına gedəcəyəm”.

A.Attar hər zaman Azərbaycan dövlətinin haqlı mübarizəsində dövlət mənafelərindən çıxış edəcəyini bildirib: “Tanrı Azərbaycanı, qəhrəman Azərbaycan Ordusunu, bütün gözəl xüsusiyyətlərə malik olan millətimizi qorusun!”. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar