SON XƏBƏRLƏR

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

2023.01.20, 20:54
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Gunaz.tv

Bu barədə “Report” “Hürriyet”ə istinadən xəbər verir.

Qeyd olunub ki, tərəflər Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

Söhbət zamanı Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında möhkəm sülhün bərqərar olmasına güclü diplomatik töhfə verməyə, eləcə də münaqişənin həllinə yardımçı olmaq və bu prosesdə vasitəçi olmaq vəzifəsini öz üzərinə götürməyə hazırdır.

Telefon danışığında Türkiyə prezidenti yanvarın 18-də Brovaridə baş vermiş faciəvi helikopter qəzası ilə bağlı Zelenskiyə başsağlığı verib.

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar