SON XƏBƏRLƏR

Türkiyə və Ermənistan xarici işlər nazirləri Antalyada görüşüb

2022.03.12, 09:29
Türkiyə və Ermənistan xarici işlər nazirləri Antalyada görüşüb

Gunaz.tv

Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.  Nazirlər ikitərəfli əlaqələri, regional məsələləri müzakirə ediblər.
"Dəvətimizi qəbul edib Antalya Diplomatiya Forumuna qatıldığı üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana təşəkkür edirəm".

Bunu erməni həmkarı ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Antalya Diplomatiya Forumu hər kəs üçün açıq bir platformadır.

"Görüşümüz son dərəcə məhsuldar və konstruktiv oldu. Prezident Ərdoğan və Baş nazir Paşinyanın pozitiv mesajlarından sonra münasibətləri normallaşdırmaq üçün bir proses başlayıb, xüsusi nümayəndələr təyin olunub. 

Xüsusi nümayəndələr iki dəfə görüşüblər, Moskva və Vyanada. Onlar münasibətləri tam normallaşdırmaq üçün atılacaq addımları müzakirə edirlər. Bu gün biz də bunu müzakirə etdik. Cənubi Qafqazda sülh və sabitlik üçün səy göstəririk", - nazir qeyd edib.

Çavuşoğlu deyib ki, "Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından Azərbaycan da məmnundur:

"Bu istiqamətdə səylərimizə hər tərəfdən dəstək görürük. Xüsusən Türkiyə və Ermənistan arasında atılan addımlar və normallaşma prosesindən Azərbaycan da məmnundur. Bu yaxınlarda Bakıda idim. 

Azərbaycan da bu prosesi dəstəkləyir. Regionda sülh və sabitlik hamının xeyrinədir. Bu istiqamətdə addımlar atmağa davam edəcəyik", - nazir qeyd edib. (apa)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar