SON XƏBƏRLƏR

Türkiyə və Rusiya arasında raket müqaviləsi ilə bağlı narazılıq yaranıb

2023.03.15, 11:06
Türkiyə və Rusiya arasında raket müqaviləsi ilə bağlı narazılıq yaranıb

Gunaz.tv

Bu barədə Aydınlıq qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Türkiyə müqavilədə raket kompleksinin üçüncü ölkəyə satılmasını qadağan edən maddənin əleyhinədir.

“Moskva Türkiyəyə S-400 kompleksinin tədarükü üçün həll edilməmiş problem görmür”. Bu sözləri Rusiya XİN-nin Avropa deparatamentinin direktoru Yuri Pilipson RİA-ya deyib.

“Türkiyə Rusiyadan S-400 raket kopleksinin birinci partiyasını alıb. İkinci mərhələ hələ başlanmayıb. 2017-ci ildə imzalanmış müqavilə iki partiyanın alınmasına hesablanıb.

Müqaviləyə əsasən birinci partiya birbaşa satınalma olmalı idi. İkinci isə proqram təchizatı inteqrasiyası, birgə istehsal və texnologiya mübadiləsi kimi tələbələrə cavab verməli idi.

Rusiya bununla bağlı müqavilə bəndlərini imzalayıb. Bu yeniliyə yaxın olduğumuz bir zamanda Ankara pauza götürüb.

Məlum olub ki, müqavilədə ikinci fazaya keçməsi ilə bağlı müddəa təxirə salınıb. Zəruri razılıq qərarı isə Hülusi Akarın stolunun üstünə gözləyir. Ankaranın etiraz etdiyi maddə raket kompleksinin üçüncü ölkəyə satışının qadağan olunmasıdır”-qəzet yzır.

Rusiya və Türkiyə 2017-ci ildə S-400 kompleksinin alınması üçün müqavilə bağlayıb. Müqavilənin həcmi 2,5 milyard dollar məbləğindədir. Raket kompleksinin ilk tədarükü 2019-cu ilin yay-payızında həyata keçirilib. (Azpost.info)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar