SON XƏBƏRLƏR

Türkmənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb

2023.03.26, 04:39
Türkmənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb

Gunaz.tv

Ölkə vətəndaşları parlamentin 125 deputatını seçməli olacaqlar.

Səsvermə birmandatlı seçki dairələri üzrə keçirilir. Deputatların və şura üzvlərinin seçkiləri üçün ümumilikdə 7 222 seçki dairəsi təşkil olunub.

Səsvermə saat 19:00-a qədər (Bakı vaxtı ilə 18:00) davam edəcək. O, başa çatdıqdan sonra seçki komissiyalarının üzvləri səslərin hesablanmasına başlayacaqlar. Komissiya ənənəvi olaraq ilkin nəticələri səsvermənin ertəsi günü, yekun nəticələri isə seçkilərdən 7 gündən gec olmayaraq açıqlayır.

Türkmənistanda Seçki və Referendumun keçirilməsi üzrə Mərkəzi Komissiyasının məlumatına görə, Milli Məclisin deputatlığına 258, rayonların və Aşqabad şəhərinin xalq şuralarının üzvlüyünə 515, rayon, şəhər xalq məsləhəti üzvlüyünə - 2 001, yerli özünüidarə orqanlarının üzvlüyünə - 12 098 namizəd qeydə alınıb.

Namizədləri ölkənin hər üç siyasi partiyası: Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları irəli sürüb. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar