Ermənilər Ağdamda “Bakcell"in əməkdaşına atəş açaraq yaralayıb, cinayət işi başlanılıb

30.12.2021, 09:58

Erməni Silahlı Qüvvəlləri Ağdamda xidməti vəzifəsini icra edən "Bakcell" MMC-nin əməkdaşınına atəş açaraq yaralayıb.

Gunaz.tv Quote | Gunaz article

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla "Bakcell" MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox

şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Ağdamda ermənilərin yaraladığı "Bakcell" MMC-nin əməkdaşının səhhəti sabitdir.

Bu barədə Qərb bürosuna xəstəxanadan məlumat verilib.

Bildirilib ki, aldığı xəsarətin həyatı üçün təhlükəli deyil və müalicəsi davam etdirilir.

Qeyd edək ki, "Bakcell" MMC-nin əməkdaşı, 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Anar Məhəmməd oğlu Rəhimli dekabrın 29-u saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində iş görən zaman ermənilər tərəfindən açılan atəş nəticəsində yaralanıb. O, Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir. (report.az)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xoy və Çayparada səhiyyə xidməti bərbaddır-Millət vəkili nazirliyi ittiham etdi

2022-01-19

gun az article

“Qafqazda sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyik”-Xamneyinin müşaviri

2022-01-19

gun az article

"Ölkədə resurslar ədalətli bölüşdürülmür"- Azərbaycanlı millət vəkilindən hökumətə ittiham

2022-01-19

gun az article

Qəzvində idman hökumətin diqqətindən kənarda qalıb

2022-01-19

gun az article

Təhlükəsizlik məmurları təbrizli bəhaini həbs edib

2022-01-19

gun az article

"Şərqi Azərbaycan səhiyyəsinə ayrılan maliyyə yetərli deyil"-Təbriz unversitetinin rektoru

2022-01-19

gun az article

"Milli birlik uğurun əsas şərtidir"- Abbas Lisaninin 8 il öncəki çıxışının VİDEO-su yayıldı

2022-01-19

gun az article

Qoşaçayda əməliyyat: Tarixi əsər qaçaqmalçısı saxlanıldı

2022-01-19

gun az article

Milli fəal Əlirza Fərşinin evindən oğurluq olub

2022-01-19

gun az article

Vali azərbaycanlıların istəyinə qarşı çıxdı- "Heyran gədiyinin Gilandan ayrılmasına imkan verilməyəcək"

2022-01-19

gun az article

Təbriz metrosunun "Danişqah-i Azad” stansiyası ləğv edilib-Tunel torpaqla doldurulub

2022-01-18

gun az article

Xalq qəhrəmanının xatirəsinə hörmətsizlik: Bağır xanın evi narkomanların sığınacağına çevrilib

2022-01-18

gun az article

Şərqi Azərbaycanda Omikron ştammına yoluxanların sayı artıb

2022-01-18

gun az article

Güclü qar səbəbindən Ərdəbildə 325 kəndin yolu bağlanıb-VİDEO

2022-01-18

gun az article

Qəzvinin 184 kəndi riskli bölgədə yerləşir-Mənzil Fondunun başçısından xəbərdarlıq

2022-01-18

gun az article

İranda etiraz aksiyaları çoxalıb: "Bu, hökumətə xəbərdarlıqdır"-Millət vəkili

2022-01-18

gun az article

Qərbi Azərbaycan əyalətində su ehtiyatı kəskin azalıb

2022-01-18

gun az article

Zənganda əhəmiyyətli yolun tikintisi yarımçıq qalıb-Hökumət pul ayırmır

2022-01-18

gun az article

Şərqi Azərbaycandan köç artıb: İşsiz gənclər başqa bölgələrə axışır

2022-01-18

gun az article

Şərqi Azərbaycan dəmir yolu işçilərinin əmək haqları ödənilmir

2022-01-18