SON XƏBƏRLƏR

“Ermənilərin Laçında törətdiyi ekoloji terror bəşəri cinayətdir”-Elman Cəfərli

2022.08.17, 08:56
“Ermənilərin Laçında törətdiyi ekoloji terror bəşəri cinayətdir”-Elman Cəfərli

Gunaz.tv

Azərbaycan ərazilərinin 28 illik işğalı dövründə ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlarda təkcə insanlara deyil, ətraf mühitə qarşı da terror həyata keçirdiyini vurğulayan Elman Cəfər deyib ki, bu müddət ərzində işğal olunmuş Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilib, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz istismara məruz qalıb. 

Onun sözlərinə görə,  ümumi sahəsi 8000 hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistem məhv edilib.

İşğalçı Ermənistanın ümumulikdə 54 min hektar meşə sahəsini,  çayları çirkləndirdiyini deyən E.Cəfərli bildirib ki, baş verən ekoloji terror təkcə Azərbaycana qarşı deyil, regiona, bütövlükdə bəşəriyyətə qarşı həyata keçirilib. 

QHT-lər ermənilərin Laçında ekoloji terror törətməsi ilə beynəlxalq  təşkilatlara müraciət edib

Təşkilat sədri hesab edir ki, ekologiya yönümlü beynəlxalq təşkilatları işğaldan azad olunmuş torpaqlarlıa dəvət etmək lazımdır: “İşğaldan azad olunmuş torpaqlara nüfuzlu hüquq müdafiəçiləri, jurnalistlər, parlamentarilər, bloqqerlər dəvət edilir.

Hesab edirəm ki, ekologiya yönümlü beynəlxalq təşkilatları da Qarabağa dəvət etmək lazımdır ki, onlar özləri monitorinq aparsın və öz gözləri ilə erməni vandalizminin şahidi olsunlar”. 

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar