SON XƏBƏRLƏR

Ermənilərin törətdiyi Qarakənd terrorundan 30 il ötür

2021.11.20, 08:17
Ermənilərin törətdiyi Qarakənd terrorundan 30 il ötür

Gunaz.tv

1991-ci il noyabrın 20-də  Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsusu “Mi-8” hərbi helikopteri erməni silahlı quldurları tərəfindən vurulub.

20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi.

Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. 

Ancaq qara qutudan heç bir səs-soraq çıxmadı…

Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər.

Bütün şübhələri aradan qaldırmağa və “Mi-8”i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin “Mi-8”in son uçuş tarixində həddindən artıq çox "ağ ləkələr" var.

İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan “Mi-8”i silahlı mühafizə helikopteri müşayiət etmirdi?

Niyə onların hamısı bir helikopterdə idi?
Bütün bunlar mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.

1991-ci il noyabrın 20-də “Mi-8” hərbi helikopterində həlak olanlar bu şəxslərdir:

Dövlət katibi Tofiq Kazım oğlu İsmayılov, Baş prokuror İsmət İsmayıl oğlu Qayıbov, dövlət müşaviri Məhəmməd Nəbi oğlu Əsədov, Baş nazirin müavini Zülfi Saleh oğlu Hacıyev, millət vəkilləri: Vaqif Cəfər oğlu Cəfərov, Vəli 

Hüsyn oğlu Məmmədov,  Prezident Aparatında şöbə müdiri Osman Mirzə Hüseyn oğlu Mirzəyev, nazir müavini Qurban Hüseyn oğlu Namazəliyev, DQMB-nin prokuroru İqor Aleksandiroviç Plaviski,

DQMB-nin Daxili İşlər İdarəsinin rəisi Vladimir Vladimiroviç Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey Semyonoviç İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Vladimiroviç Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov, milis general-mayoru Mixail Dmitriyeviç Lukaşov, polkovnik-leytenant Oleq Nikoloyeviç Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmməd oğlu Məmmədov,

jurnalist Alı Mustafa oğlu Mustafayev, televiziyada işıqçı Arif İsmayıl oğlu Hüseynzadə, video-operator Fəxrəddin İbrahim oğlu Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Vladimiroviç Kotov, vertolyot heyətinin üzvü Gennadi Vladimiroviç Domov və vertolyot heyətinin üzvü Dmitri Borisoviç Yarovenko.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar