SON XƏBƏRLƏR

“Düşmənçilikdən əl çəkin!"-Hulusi Akardan Ermənistana çağırış

2021.11.08, 09:58
“Düşmənçilikdən əl çəkin!"-Hulusi Akardan Ermənistana çağırış

Gunaz.tv

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.

“Ermənistanın səlahiyyətli şəxslərinin mövcud siyasətlərini bir kənara qoyub, “altılıq platforma”sı təşəbbüsü daxil olmaqla bu tarixi fürsəti dəyərləndirməsini gözləyirik. 

Artıq hər kəs bilməlidir ki, kin və nifrət üzərində bir gələcək inşa edilə bilməz. Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır. Biz bu anlayışla öhdəmizə düşən tarixi məsuliyyətlə bölgəmizdə sülh və sabitlik üçün cəhd göstərməyə davam edəcəyik”, - türkiyəli nazir vurğulayıb.

O, Qarabağ məsələsində daima Azərbaycanın yanında olan Pakistana da təşəkkür edib.

Hulusi Akar Türkiyə-Azərbaycan qardaşlığının davam edəcəyini bildirib.
“Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!. Bu qürur günündə can qardaşlarımızla bir araya gəlməkdən məmnunuq”-deyə, general bildirib


Türkiyəli nazir bu gün Qarabağın azad olduğunu bəyan edib: “Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan, Kəlbəcər, Laçın bu gün azaddır və ana vətənə qovuşub. 

Azərbaycan türkü yaşadığı çətinliklər qarşısında yıxılmadı, “artıq bəsdir” deyərək Vətəninə, haqqına, hüququna, öz torpaqlarına sahib çıxdı”. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar