SON XƏBƏRLƏR

Ermənistanın sərhəddə törətdiyi təxribatla əlaqədar sığorta ödənişinin verilməsinə başlanılıb

2021.12.06, 15:04
Ermənistanın sərhəddə törətdiyi təxribatla əlaqədar sığorta ödənişinin verilməsinə başlanılıb

Gunaz.tv

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Elmar Mirsalayev bildirib.

"Həmin döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olub, 10 hərbi qulluqçu isə yaralanıb. 

Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") birdəfəlik ödəniş həyata keçirib.

Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçudan ödənişlə bağlı şirkətə hələ müraciət daxil olmayıb. 

Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər", - deyə o qeyd edib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar