SON XƏBƏRLƏR

Ermənistanın xarici işlər naziri Tehrana səfər edib

2021.10.20, 07:36
Ermənistanın xarici işlər naziri Tehrana səfər edib

Gunaz.tv

İranın SEPAH-a yaxın Fars agentliyinin yqaydığı xəbərə əsasən, Ermənistanın xarici işlər nazirini və onun başçılıq etdiyi erməni nümayəndə heyətini Tehranın İmam Xomeyni hava limanında İran xarici işlər nazirinin köməkçisi Əlirza Həqiqiyan qarşılayıb.


Yayılan məlumata görə, hər iki ölkənin xarici işlər nazirlərinin bu gün jurnalistlərə birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.


Az əvvəl Ermənistan Xarici İşlər Nazirliyi “Twitter” hesabında paylaşım edərək Ararat Mirzoyanın bu gün (oktyabrın 4-ə’)  işgüzar bir səfər üçün Tehrana gedəcəyinidən xəbər vermişdi.


Bildirilir ki, Ermənistan xarici işlər nazirinin bu gün iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla keçirəcəıyi görüşün sonunda hər iki ölkənin birgə bəyanatı yayılacaq. 


Ermənistan və İran xarici işlər nazirlərinin Tehranda keçirəcəyi görüşdə konkret hansı mövzular və ya məsələlər barədə danışıqlar aparılacağı haqda məlumat yayılmayıb.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar