SON XƏBƏRLƏR

“Ermənistan Türkiyənin forpostuna çevriləcək” – Rusiyalı politoloq

2021.11.02, 14:01
“Ermənistan Türkiyənin forpostuna çevriləcək” – Rusiyalı politoloq

Gunaz.tv

Bu barədə Rusiya Qlobal Problemlər İnstitutunun direktoru, politoloq Mixail Delyagin bildirib.

Politoloqun fikrincə, Ermənistan son illər Moskvaya Gürcüstanı xatırlatmağa başlayıb.

“Rusiyaya görə, son 20 ilin siyasi diskussiyalarlnda iqtisadi cəhətdən zəif olan Ermənistan qətiyyətli insanların məskunlaşdığı yer idi. Amma inqilabdan sonra vəziyyət dəyişdi. Ermənistan Gürcüstanı xatırlatmağa başladı. Sonda isə Gürcüstanın səhvlərini təkrar edərək ərazilər itirdi”.

Delyagin sülh müqaviləsinin imzalanması, nəqliyyat kommunikasiyalarının və sərhədlərin açılmasından sonra Ermənistanın fərqli ölkəyə çevriləcəyini düşünür. Onun fikrincə, Ermənistan hərbi-siyasi və iqtisadi sahibini dəyişərək, zamanla Rusiyanın deyil, Türkiyənin forpostuna çevriləcək. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar