SON XƏBƏRLƏR

Ermənistan sülh müqaviləsi üçün Bakıya verdiyi 6 bəndi açıqladı

2022.05.14, 06:58
Ermənistan sülh müqaviləsi üçün Bakıya verdiyi 6 bəndi açıqladı

Gunaz.tv

Edmon Marukyan 6 bəndi aşağıdakı kimi sıralayıb:

1. Birinci bənddə qeyd olunur ki, martın 11-də İrəvan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər alıb və ona cavab verik.

2. Ermənistan Respublikasının Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur. Burada deyilir ki, Ermənistan MDB-nin yaradılması haqqında Azərbaycan Respublikası ilə 8 dekabr 1991-ci il tarixli sazişə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyıb. Ermənistan onu 1992-ci il fevralın 18-də ratifikasiya edib. (Yəni imzalanan zaman tərəflər bu struktura qoşularaq bir-birini tanıyıblar).

3. Erməni tərəfi üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, eləcə də Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir.

4. Erməni tərəfi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin, Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında göstərilən öhdəliklərin (müharibə əsirlərinin qaytarılması, kommunikasiyaların açılması) yerinə yetirilməsini vacib hesab edir.

5. Ermənistan tərəfi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır.

6. Müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.

Xatırladaq ki, rəsmi Bakı hələ fevral ayında Ermənistana sülh müqaviləsinin 5 baza prinsipinə dair sənəd vermişdi. Bu prinsiplər dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlıdır. 

 Ermənistan isə aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdə Azərbaycana 6 bəndlik paket təqdim edib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar