SON XƏBƏRLƏR

“Ermənistan vətəndaşları Gorus-Qafan yolunda gömrük rüsumu ödəyəcək“ - Qriqoryan

2021.11.11, 14:15
“Ermənistan vətəndaşları Gorus-Qafan yolunda gömrük rüsumu ödəyəcək“ - Qriqoryan

Gunaz.tv

"Aysor"a istinadla xəbər verilir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün jurnalistlərin sualını cavablandırarkən deyib.

O, "Ermənistan vətəndaşlarıGorus-Qafan yolunun azərbaycanlıların gömrük məntəqəsi qurduqları hissəsində hansı qaydada hərəkət edəcəklər" sualına belə cavab verib:

“Hazırda Azərbaycan prosedur barədə tam məlumat verməyib, amma məntiq diktə edir ki, bu prosedur müəyyən rüsumdur və ya başqa bir şeydir və Ermənistan vətəndaşları onu ödəyib keçə bilər”.

Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, alternativ yol artıq hazırdır və asfaltlanıb, vətəndaşlar bu yol ilə avtomobillərini idarə edə bilərlər.

“Bizim alternativ yolumuz var, o artıq tikilib, yəni Qafan-Tatev yolu tam təmir olunub. Dünən biz elan etmişdik ki, yol açıqdır, vətəndaşlar üçün tamamilə rahatdır, onlar bundan istifadə edə bilərlər”, – Armen Qriqoryan bildirib. (yenisabah.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar