SOCAR: “Ermənistanda bitum sexinə ehtiyacımız yoxdur”

22.01.2022, 15:19

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ermənistanın hansısa vilayətindəki bitum sexinə ehtiyacı və ümumiyyətlə bu ölkədə marağı yoxdur”

Gunaz.tv Quote | Gunaz article

Bunu şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O, bu barədə SOCAR-ın Ermənistanın Ararat rayonunun Surenavan kəndindəki Ermənistan-Rusiya birgə müəssisəsi - bitum zavodunu almaq istəməsi barədə erməni mətbuatının yazdıqlarına münasibət bildirərkən danışıb.

"Bu cür absurd iddialar SOCAR-ın miqyası ilə uzlaşmır. SOCAR - Azərbaycanın qlobal brendidir, Türkiyədə ən böyük xarici investor, Azərbaycan və Gürcüstanda ən böyük vergi ödəyicisi, Avropada əməliyyatları olan bir şirkət, Cənub Qaz Dəhlizi kimi nəhəng beynəlxalq layihələrin aparıcı gücüdür", - deyə İ.Əhmədov qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistanın “Qraparak” qəzeti öz mənbələrinə istinadən yazıb ki, SOCAR Ermənistanda bitum zavodunu almaq istəyir. Qəzat iddia edib ki, bu məsələ ilə bağlı Azərbaycanın ən böyük vergi ödəyicilərindən biri olan şirkət Gürcüstanın vasitəçiliyi ilə danışıqlar aparır.

Araratdakı zavod 2006-cı ildən işə düşüb, Ermənistandakı “məxməri inqilab”dan il yarım sonra isə fəaliyyətini dayandırıb.

Yeni hökumət yol tikintisi zamanı əsasən İrandan xammal alıb və bitum zavodunun məhsullarına ehtiyac olmayıb. Hazırda burada cəmi bir neçə işçi qalıb, müəssisənin telefon nömrələrinə isə cavab verilmir. Buna görə də nəşr bu məsələ ilə bağlı rəsmi şərh ala bilməyib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

2022-05-10

gun az article

Prezident: "Bu gün Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür"

2022-04-30

gun az article

İrandan uyuşdurucu qaçaqmalçılarının ölkəyə daxil olmasının qarşısı alınıb

2022-04-09

gun az article

Ukraynadan Polşaya 2,5 milyondan çox qaçqın gəlib

2022-04-05

gun az article

Azərbaycan və İsrail arasında yeni müqavilələr imzalanacaq

2022-04-05

gun az article

CNN: Rusiya qoşunları Kiyevin ətraf ərazilərini tərk edir

2022-03-30

gun az article

"Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur" - Müdafiə Nazirliyi

2022-03-27

gun az article

Zelenski NATO-nu ittiham edib: "Qərblə Rusiya arasında qalmışıq” - YENİLƏNİB

2022-03-24

gun az article

“Azov dənizinə çıxışı itirmişik”-Ukrayna Müdafiə Nazirliyi

2022-03-19

gun az article

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri: “Azərbaycanla əməkdaşlıq davamlı xarakter daşıyır”

2022-03-11

gun az article

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb

2022-03-11

gun az article

Ukrayna ordusu Qostomeli geri alıb, Rusiyanın onlarla hərbçisi həlak olub

2022-03-05

gun az article

Baltik Dənizi Dövlətləri Şurası Rusiyanı təşkilatdan çıxarıb, Belarusu cəzalandırıb

2022-03-05

gun az article

Zelenski Kiyevi tərk etmək barədə ABŞ-ın təklifini rədd edib

2022-02-26

gun az article

Putin: “Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırıq”

2022-02-25

gun az article

İlham Əliyev Dünya İqtisadi Forumunun Prezidentini qəbul edib

2022-02-24

gun az article

"Bloomberg": Vyanada nüvə danışıqları dalana dirənib

2022-02-17

gun az article

Ərdoğan koronavirusdan sağalıb

2022-02-11

gun az article

Türkiyədə iranlı müxalifi qaçırmaq istəyən casus şəbəkəsi ifşa edilib

2022-02-10

gun az article

Şuşada Təbriz küçəsi-“Apple” işğaldan əvvəlki küçə adlarını bərpa etdi

2022-02-09