SON XƏBƏRLƏR

Ermənistanda "donuz qripi"ndən iki nəfər ölüb

2023.01.04, 15:37
Ermənistanda "donuz qripi"ndən iki nəfər ölüb

Gunaz.tv

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin yoluxucu və qeyri-infeksion xəstəliklər şöbəsinin müdiri Romela Abovyan bildirib.

Onun sözlərinə görə, hər iki xəstənin 35 yaşı olub, onlardan biri yanaşı xəstəlikdən - piylənmədən əziyyət çəkib.

"Hazırda 209 xəstə pnevmoniya diaqnozu ilə xəstəxanalara yerləşdirilib ki, onlardan 127-si uşaqdır. Reanimasiya şöbələrində 55 nəfər var, onlardan 47-si uşaqdır. Daha 584 SARS xəstəsi respublikanın müxtəlif xəstəxanalarına yerləşdirilib, onların 96%-i uşaqdır”, - Abovyan bildirib.


Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar