SON XƏBƏRLƏR

Ermənistanda generallar Baş Qərargah rəisi olmaq təklifini rədd etdilər

2021.12.16, 08:52
Ermənistanda generallar Baş Qərargah rəisi olmaq təklifini rədd etdilər

Gunaz.tv

Bu barədə “Joğovurd” qəzeti yazıb. Məlumata görə, bu yaxınlarda Baş Qərargah rəisinin birinci müavini Kamo Koçuntsa və müavin Andranik Makaryana Baş Qərargah rəisi vəzifəsi təklif edilib, lakin onlar siyasi hakimiyyətin təklifini rədd ediblər.

“Joğovurd” yazır ki, siyasi hakimiyyət Baş Qərargah rəisi vəzifəsi üçün axtarışa çıxıb. Dünən fövqəladə hallar naziri Andranik Piloyanın Baş Qərargah rəisi təyin oluna biləcəyi haqda da xəbər yayılıb.


Bu arada siyasi hakimiyyətin təklifini rədd edən Baş Qərargah rəisinin müavini Andranik Makaryana qarşı ittiham irəli sürülüb.

İstintaq Komitəsi Makaryanı hərbi vəziyyət və müharibə zamanı xidmətdə səhlənkarlığa yol verməkdə ittiham edir. Onun 4 ildən 8 ilə qədər həbs oluna biləcəyi bildirilir. Makaryan barəsində heç yana getməmək barədə tədbir seçilib.

Andranik Makaryanın vəkili Amram Makinyan bildirib ki, general-leytenant ona qarşı irəli sürülən ittihamı qəbul etmir. “Cənab Makaryan ittihamı tamamilə absurd, reallıqla heç bir əlaqəsi olmayan kimi qiymətləndirir”.

“Joğovurd” qəzeti yazır ki, hakimiyyətin Müdafiə Nazirliyində və ümumilikdə müxtəlif idarələrdə ciddi kadr problemi var. Bir çox məmurlar işdən çıxarıldığı halda onları hansı kadrla əvəz edəcəklərini bilmirlər. İqtidar bu boşluğu doldurmaq, zəif yerləri əvəz etmək üçün bir sıra transferlərə başlayıb.

 Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar