SON XƏBƏRLƏR

Ermənistanda hərbi hissə yaxınlığında partlayış olub, xəsarət alan var

2021.11.18, 08:39
Ermənistanda hərbi hissə yaxınlığında partlayış olub, xəsarət alan var

Gunaz.tv

Bu barədə  Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verilir. Məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İstintaq Komitəsinin Şirak rayonu üzrə İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğular əldə etmə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, cinayət işi çərçivəsində N saylı hərbi hissənin yaxınlığında partlayışın baş verməsi səbəblərini müəyyənləşdirmək üçün tədbirlər görülür.

Hadisənin hansı şəraitdə baş verməsi açıqlanmır. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar