SON XƏBƏRLƏR

Ermənistanda prezident üsul-idarəsi geri qaytarılır

2021.12.18, 08:58
Ermənistanda prezident üsul-idarəsi geri qaytarılır

Gunaz.tv

Artıq ilk addım atılıb.

Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il fevralın 12-də yaradılmış konstitusiya islahatları üzrə peşəkar komissiyanın buraxılması və Konstitusiya İslahatları Şurasının yaradılması haqqında fərman imzalayıb.

Şura müsabiqə əsasında beş nəfərdən ibarət olacaq.

Ermənistan hakimiyyəti hesab edir ki, hazırkı Konstitusiyada çoxlu tələblər, tənzimlənməmiş və yarımçıq məsələlər var.

Prezident Armen Sarkisyan da Konstitusiyaya dəyişikliklərin tərəfdarıdır. O hesab edir ki, ölkə yenidən prezident idarəetmə formalı respublikaya çevrilməlidir.

Xatırladaq ki, 2015-ci ildə Konstitusiyaya dəyişikliklərin qəbulundan sonra Ermənistan prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçib. (modern.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar