SON XƏBƏRLƏR

Ermənistanda qazın və suyun qiyməti bahalaşacaq

2021.10.20, 11:26
Ermənistanda qazın və suyun qiyməti bahalaşacaq

Gunaz.tv

Ermənistan KİV-nə istinadən xəbər verilir ki, Moskvada səfərdə olan baş nazirin müavini Mqer Qriqoryan “Qazprom” rəhbərliyi ilə bu barədə danışıqlar aparır.

Ermənistan qazın hər min kubmetri üçün ödədiyi 165 dollar ödənişin 2022-ci ildən azaldılmasını təklif edir. “Qazprom” şirkəti isə təbii qazın dünya bazarlarında yüksək qiymətə satılmasını nəzərə alaraq qiyməti 25-30% artırmaq istəyir.

Ekspertlər istənilən halda, gələn ildən Ermənistanda əhaliyə satılan qazın qiymətinin artacağını təxmin edirlər.

Digər tərəfdən, 2022-ci il yanvarın 1-dən ölkədə hər 1 kubmer su üçün tarif 180 dramdan 200 drama qədər artırılıb.

 Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar