SON XƏBƏRLƏR

Ermənistanda Prezident seçkilərinin tarixi məlum olub

2022.02.18, 08:42
Ermənistanda Prezident seçkilərinin tarixi məlum olub

Gunaz.tv

Hakim Vətəndaş Razılaşması Partiyasının adının açıqlamayan nümayəndəsi "Joquvurd” qəzetinə bildirib ki, seçki martın 3-də baş tutacaq.

Məlumata görə, martın 1-də ölkənin qanunverici orqanı olan Milli Məclisin növbəti sessiyası başlayacaq. İki gün sonra, yəni martın 3-də parlamentdə yeni prezidentin seçilməsi üzrə səsvermə keçiriləcək.

Ermənistanın sabiq Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaaqn Xaçatryanın namizədliyini irəli sürüb. Müxalifət hələlik prezidentliyə namizəd irəli sürməyib.

Ermənistan Prezidenti parlamentdə seçilir.  

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar