“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04 14:42

“Urmiya 90” futbol klubu əldə etdiyi uğurlara baxmayaraq imkanlarının çatışmazlığı üzündən İran çempionatının I dəstəsinin yarışlarından geri çəkilməyə məcbur olub.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə “Urmiyə 90” Mədəniyyət və İdman Klubunun icraçı direktoru Yəhya Bahari məlumat verib.

 

 

Bahari bildirib ki, İran Futbol Federasiyasının məktubuna əsasən “Urmiya 90” futbol komandası “Təxti” stadionunun infrastrukturundakı çatışmazlıqlara görə yarışlara ev sahibliyi etmək hüququndan məhrum edilib.

 

 

“Təxti” “Urmiyə 90” komandasının məşq etdiyi, eləcə də rəsmi oyunlarda ev sahibi olduğu zaman yarışların keçirildiyi stadiondur.

 

 

İran Liqası Təşkilatı, sözügedən stadionun çatışmazlığı, eləcə də Urmiya şəhərinin 15 min nəfərlik stadionunun tamamlanmamasını nəzərə alaraq “Urmiyə 90” klubundan növbəti yarışlar üçün başqa bir əyalətdə stadion seçməsini tələb edib.

 

 

“İran super liqasına seçilmə şansımızın yüksək olmasına baxmayaraq ev sahibliyi hüququmuz komandadan alınaraq yarışların başqa şəhərdə, başqa əyalətdə keçiriləcəyinə qərar verilibsə  ən yaxşısı çempionatdan çəkilmək və əyalət kvotasını itirməkdir,” deyə Bahari bildirib.

 

 

O əlavə edib ki, “Təxti” stadionundakı problem gecə saatlarında keçiriləcək yarışlar üçün işıqlandırma sisteminin olmaması, 15 min tamaşaçı tutumuna malik stadionun problemi isə azarkeşlərin yerləşdirilməsi üçün nəzərdə tutlun sahə və meydana döşənən ot örtüyü ilə əlaqədardır.

 

 

“Çempionat yarışlarına başladığımız gündən etibarən müxtəlif məsullar və qurumlar, o cümlədən, Qərbi Azərbaycan Gənclər və İdman İdarəsi ilə əlaqə saxlayaraq lazımi tədbirlərin görülməsini istədik” deyən Baharı əlavə edib ki, sözügedən problemləri ortadan qaldırmaq üçün heç bir səy göstərilməyib.

 

 

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsinin yarışlarında bir çox uğura imza atıb, bu yarışlarda ən çox tərəfdarı olan komanda ləqəbini qazanıb. Ekspertlərin çoxu bu komandanın super liqaya vəsiqə qazanacağına düşünür.

 

 

Qeyd edək ki, Yəhya Bahari komandasının gələcək fəaliyyəti ilə bağlı daha öncə də məsullara çağırış edib, komandanın İran super liqasına seçilməsi üçün səlahiyyətli şəxslərdən yardım gözlədiyini bildirib. Lakin Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari başda olmaqla əyalət məsulları “Urmiyə 90” komandasına dəstək verməkdən imtina edib.

 

 

Qərbi Azərbaycanda vəzifəyə gətirilən radikal kürddilli məsullar bu klubun fəaliyyət göstərməsinə qarşıdır. Xüsusi ilə vali Məhəmməd Mehdi Şəhriyari və Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülü bunu öz mövqelərində dəfələrlə göstərib.

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkmən insan haqları təşkilatı Abbas Lisaniyə qarşı çıxarılan hökmü qınayıb + Video

2020-07-10

gun az article

GünazTV July.09.2020-Sözümüz: Ədəbi körpü

2020-07-10

gun az article

GünazTV July.09.2020- Düşünməyə Çağrı: Ortadoğuda Türkiyənin Terörlə Mücadələsi və Güney Azərbaycan

2020-07-10

gun az article

Güney azərbaycanlı fəal Əli Əziziyə qarşı yeni ittiham irəli sürülüb

2020-07-09

gun az article

GünazTV July.09.2020: "Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi"

2020-07-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 530 nəfəri ötüb

2020-07-09

gun az article

“United for İran” insan hüquqları təşkilatı güney azərbaycanlıların Abbas Lisaniyə dəstək klipini yayıb+ VİDEO

2020-07-09

gun az article

Güney azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək üçün Telegram kanalı yaradılıb

2020-07-09

gun az article

Qaradağ meşələrində yanğın baş verib

2020-07-09

gun az article

M.Ə.Rəsulzadə niyə dövlətimizi “Azərbaycan” adlandırılıb?- Məqalə

2020-07-09

gun az article

Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək

2020-07-09

gun az article

Təbrizdə qaldırılan qız heykəlinin geyimi dəyişdirildi, yerinə qaytarıldı

2020-07-09

gun az article

Ərk cəmiyyətinin sədri: Abbas Lisani qeyd-şərtsiz sərbəst buraxılmalıdır

2020-07-09

gun az article

Ermənistanın Arazı çirkləndirməsi ilə bağlı xəbərdarlıq: "Muğanda xərçəng sunamisi yaranıb"

2020-07-09

gun az article

GünazTV July.08.2020: İranın hərbi məntəqələrində patlayışlar, Abbas Lisaniyə dəstək.

2020-07-09

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisani ilə bağlı BMT-nin insan haqları nümayəndəsinə müraciət edib

2020-07-08

gun az article

GünazTV July.08.2020: Kürd silahlı qrupları İslam Respublikasının siyasətlərinə xidmət edir

2020-07-08

gun az article

Sulduzda milli fəal Abbas Lisaniyə dəstək məqsədilə posterlər paylanılıb

2020-07-08

gun az article

Ərdəbil əhalisinin 20%-i koronavirusa yoluxub

2020-07-08

gun az article

İnsan haqları təşkilatı Abbas Lisaninin azadlığı üçün imzatoplama kampaniyası keçirir

2020-07-08