SON XƏBƏRLƏR

Urmu gölü ilə bağlı növbəti aksiya:Şəhərdə vərəqələr yayıldı

2022.07.06, 01:26
Urmu gölü ilə bağlı növbəti aksiya:Şəhərdə vərəqələr yayıldı

Gunaz.tv

Güneydən verilən məlumata görə, urmulu milli-mədəni fəallar bundan öncə sözügedən xəbərdarlıq bəyanatını çap edərək Urmu şəhərində yayıblar.

Minlərlə bəyanatı şəhərin büün bölgələrində yayan milli fəallar bununla bir daha Urmu gölünün acınacaqlı və böhranlı durumuna diqqət çəkmək istəyiblər.

"Qərbi Azərbaycan əyalətinin milli-mədəni fəalları olaraq bildiririk ki, əgər hökumət Azərbaycanın nadir təbiət incisinin bərpası üçün təcili və əməli addımlar atmasa, biz Urmu gölünün məhv edilməsini kənardan seyr etməklə, yalnız bəyanat verməklə kifayətlənməyəcəyik.

Küçələrə axışıb kütləvi aksiyalar vasitəsilə səsimizi dünya ictimaiyyətinə çatdırmağa çalışacağıq.

Bütün imkanlarımızdan istifadə edərək hakim sistemin Azərbaycanın sərvətlərini talamaqla, Azərbaycanı qarət etməklə qalmayıb onun Urmu gölünün qətlinə fərman verdiyini bütün dünyaya car çəkəcəyik"-deyə, bəyanatda İran hökumətinə xəbərdarlıq edilib.

Qeyd edək ki, ekoloji ekspertlərin fikrincə, ötən illər ərzində ətraf mühitin və təbiətin dağıdılması, Urmu gölünün çox hissəsinin quruyaraq səhraya çevrilməsinin səbəblərindən biri 
ölkə rəsmilərinin yarıtmaz siyasəti və düşünülmüş məsuliyyətsizliyi olub.

Urmu gölünün duzlu səhraya çevrilməsi Azərbaycan şəhərlərində kənd təsərrüfatı sahələrinin, ətraf mühitin, təbii sərvətlərin, təbiətin məhv olmasına və bölgədə yaşayan milyonlarla insanda tənəffüs problemlərinin yaranmasına səbəb olub.

Mütəxəssislər durumun belə davam edəcəyi. gölün bərpası üçün əməli və təcili addımların atılmayacağı təqdirdə, Qərbi və Şərqi Azərbaycan əyalətlərindən milyonlarla insanın başqa bölgələrə köçü qaçılmaz olacaq.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar