SON XƏBƏRLƏR

Urmu gölünün bərpa tunelində çatlar əmələ gəlib

2022.07.25, 07:00
Urmu gölünün bərpa tunelində çatlar əmələ gəlib

Gunaz.tv

İran Su və Enerji Sənayesinin İnkişafı Şirkətinin baş direktoru Kərim Şeybani Yekta 36 kilometrlik tunelin 750 metrinin çatladığını və bunun Urmu gölünə su çəkilməsi prosesini gecikdirəcəyini deyib.

Şeybani problemin layihənin tamamlanması işinin tələsik həyata keçirilməsi ilə bağlı yarandığını söyləyib.

Qeyd edək ki, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün bərpa işləri gecikdirildikcə onun tamamilə yox olacağı təhlükəsi artır.

Son statistikaya görə, hazırda Urmu gölünün sahəsi 1886 kvadrat kilometrdir və ötən ilin oxşar dövrü ilə müqayisədə onun sahəsi 1148 kvadrat kilometr kiçilib.

Bununla yanaşı hazırda göldə mövcud olan su həcmi 2 milyard 36 milyon kubmetrə bərabərdir.

Bu isə ötən ilin eyni dövrünə nisbətdə 1 milyard 49 milyard kubmetr azalma deməkdir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar