SON XƏBƏRLƏR

Urmu gölünün bərpası üçün nəzərdə tutulan vəsait azaldılacaq

2021.10.30, 12:10
Urmu gölünün bərpası üçün nəzərdə tutulan vəsait azaldılacaq

Gunaz.tv

İranın Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Əli Səlaciqənin verdiyi məlumata görə, alternativ plana əsasən xərclərin azaldılması və göldə suyun səviyyəsini davamlı olaraq istənilən səviyyəyə çatdırmaq üçün proqram təminatı müzakirələri hazırlanır.

“Keçmişdə təsdiq edilmiş tendensiyaya uyğun hərəkət edəcəyik. Ancaq eyni zamanda, əvvəlki planı tamamlamaq üçün yaxın həftələrdə daha az vəsait və bölgəyə daha uyğun olan alternativ bir plan təqdim ediləcək”-deyə, Səaciqə bildirib.

Urmu gölü ilə bağlı alternativ planın irəli sürülməsindən məqsədin bərpa işləri üçün nəzərdə tutulan vəsaitin azaldılması olduğu ehtimal edilir.

Bir sıra əlaqədar qurumlar gölün bərpası üçün lazım olan vəsaitin dövlət tərəfindən ödənilməsinin iqtisadi şəraitə görə çətin olduğunu bildirir və bərpa işlərinin təbii yağıntıların umuduna buraxılmasını təklif edirlər.

Üç gün öncə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yasir Rəhbərdin gölün bərpası ilə bağlı lazımi addımlar atılmasa Urmu gölünün payızın sonuna kimi tamamilə yox olacağı barədə xəbərdarlıq edib.

O, Urmu gölündə su həcminin ötən ilin oxşar dövrünə isbətdə iki dəfə azaldığını deyib. Bildirib ki, problemin həlli üçün ayrılan vəsaitlərin hara xərclənməsi ilə bağlı dəqiq məlumat yoxdur. 

Ekoloji böhranlar üzrə ekspert və İranın Ekoloji Risklər və Davamlı İnkişaf Assosiasiyasının üzvü Məhəmmədrza Məhbubfər mətbuata verdiyi açıqlamada gölün bərpası ilə bağlı verilən vədlərin doğru olmadığını qeyd edib.

“İran Enerji Nazirliyinin Urmu gölünün bərpası ilə bağlı verdiyi vədlər doğru deyil. Hazırda gölün durumu olduqca acınacaqlıdır və bunun aradan qaldırılması ilə ağlı Eneji Nazirliyinin hər hansı səmərəli addımını görməmişik”-deyə, M.Məhbubfər “İqtisad onlin” saytına verdiyi müsahibədə bildirib.

C.E
 

حمایت از دکتر علی سلاجقه به عنوان رییس سازمان حفاظت محیط زیست - اسکان نيوز

Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Əli Səlaciqə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar