SON XƏBƏRLƏR

Urmu gölünün sahəsi 1211 kvadrat kilometr azalıb

2022.03.09, 10:23
Urmu gölünün sahəsi 1211 kvadrat kilometr azalıb

Gunaz.tv

Cavad Məhəmmədi Urmu gölünün sahəsinin daha 1211 kvadrat kilometr azaldığını deyib.

Onun sözlərinə görə, son statistika Urmu gölündə su səviyyəsinin 1270,70 olduğunu göstərir və bununla da ötən ilin oxşar dövrünə nisbətdə göldə suyun səviyyəsi 62 santimetr azalıb.

“Hal-hazırda Urmu gölünün sahəsi 2396 kvadrat kilometrə bərabərdir. Bu ötən ilin eyni vaxtında 3607 kvadrat kilometr olub və bir il müddətində gölün sahəsi 1211 kvadrat kilometr kiçilib”-deyə, Məhəmmədi bildirib.

Cavam Məhəmmədi deyib ki, hazırda Urmu gölündə mövcud olan su həcmi 2 milyard 950 milyon kubmetrdir və bu ötən il 4 milyard 980 milyon kubmetr olaraq hesablanıb. 

Bununla da bir il ərzində göldə olan su həcmi 2.3 milyard kubmetr azalıb.

Normal ekoloji göstəricilərə əsasən Urmu gölünün sahəsi 4635 kvadrat kilometr, suyunun həcmi isə 15 milyard kubmetrdən çox olmalıdır.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar