Urmu gölündə suyun həcmi iki dəfə azaldı

19.10.2021, 15:10

Urmu gölündə suyun həcmi iki dəfə azalıb. Bu barədə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yasir Rəhbərdin açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

O, bunu illik yağıntıların azlığı, gölə buraxılmalı olan illik su payının verilməməsi və başqa təbii axıntıların kəskin azalması ilə əlaqələndirib.

“Hazırda göldə mövcud olan suyun həcmi 2 milyard 450 milyon kubmetr, su səviyyəsi isə açıq dənizlərin səthinə nisbətdə 1270 metrdir. Bu ötən ilin oxşar dövrü ilə müqayisədə 63 sm azdır” –deyə, Rəhbərdin “İrna” agentliyinə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, ötən ilin bu dövründə gölün sahəsi 3470 kvadrat kilometr olmasına baxmayaraq, bu sahə hazırda 1777 kvadrat kilometrə qədər, yəni 1701 kvadrat kilometr kiçilib.

Yasir Rəhbərdin hal-hazırda Qərbi Azərbaycanda ciddi su çatışmazlığı probleminin olduğuna toxunaraq, əyalət bəndlərinin yalnız 30%-da su olduğunu söyləyib.

“İndi Qərbi Azərbaycanın 14 su bəndində mövcud olan ümumi su həcmi 590 milyon kubmetrdir. Ötən ilin oxşar dövrü ilə müqayisədə su bəndlərində mövcud olan su həcmində 23% azalma qeydə alınıb”-deyə, Regional Su Şirkətinin başçısı bildirib.

Yasir Rəhbərdin dekabrın 22-də Tehranda İran prezidenti İbrahim Rəisinin nəzdində Urmu gölünün bərpası məsələlərinin müzakirəsinə həsr olunacaq toplantının keçiriləcəyini deyib və əlavə edib ki, bu toplantında gölə buraxılmalı olan illik su həcmi bəlli olacaq.

C.E 

حجم آب دریاچه ارومیه نصف شد

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07

gun az article

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021-12-07

gun az article

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

2021-12-07

gun az article

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

2021-12-07

gun az article

Həmədanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-12-07

gun az article

Güneyli rejissorlardan daha bir uğur: Beynəlxalq festivalda mükafat qazandılar-VİDEO

2021-12-07

gun az article

Təbrizin ekoloji problemləri ilə bağlı həyəcanlı açıqlama: Millət vəkili hökuməti tənqid etdi

2021-12-07

gun az article

Təbrizli ixtiraçı hökuməti tənqid etdi

2021-12-06

gun az article

Təbrizin millət vəkili: “Milli və etnik dillərin tədrisi lazımdır”

2021-12-06

gun az article

“Traxtur”un sabiq futbolçusu vəfat etdi

2021-12-06

gun az article

Şərqi Azərbaycanda qanunsuz qazıntıları narazılıq yaradıb

2021-12-06

gun az article

Urmuda silah-sursat aşkar olunub

2021-12-06

gun az article

Təbrizdə aksiya: “Səhənd cam” şüşə şirkətinin işçiləri tətilə başladı

2021-12-06

gun az article

Tehranda qeyri-fars adlarına yasaq qoyuldu-Polis rəisindən xəbərdarlıq

2021-12-06

gun az article

Ərdəbilli fəalın evində axtarış aparılıb

2021-12-06

gun az article

Süngün mis mədənində fövqəladə vəziyyət: İşçilərə təzyiqlər gücləndirilib-VİDEO

2021-12-05