SON XƏBƏRLƏR

Urmu gölünün suyunun həcmi 1,76 milyon kubmetr azalıb

2022.06.16, 05:30
Urmu gölünün suyunun həcmi 1,76 milyon kubmetr azalıb

Gunaz.tv

Bu il iyunun 13-ə olan hesablamalara görə, hazırda göldə suyun səviyyəsi 1270,72 metrdir və bu ötən ilin oxşar dövründə 1271,26 olduğu üçün bu müddət ərzində suyun səviyyəsinin dahada azaldığı görünür.

Bununla yanaşı ötən ilin bu vaxtında Urmu gölünün sahəsi 3324 kvadrat kilometr olduğu halda, bu il bu 2396 kvadrat kilometrdir və bununlada bir il müddətində gölün sahəsi 928 kvadrat kilometr azalıb.

2021-ci ilin iyun ayının ortalarında Urmu gölündə 4 milyard 710 milyon kubmetr su olduğu halda, indi göldə mövcud olan suyun həcmi 2 milyard 950 milyon kubmetrdir və il ərzində göldə suyun daha 1 milyard 760 milyon kubmetr azaldığı qeydə alınıb.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar