SON XƏBƏRLƏR

Urmu gölündə duz qatları qalınlaşıb

2022.04.15, 14:35
Urmu gölündə duz qatları qalınlaşıb

Gunaz.tv

Çevrə fəallarının verdiyi məlumatlara görə, suyun quruması və duzun qalaqlanması nəticəsində bəzi bölgələrdə duz qatının qalınləğı 4 metrə qədər yüksəlib.

Onlar gölün yatağının hamarlaşdığı, duz çöküntüləri ilə örtüldüyü üçün gölə axan suların tez bir zamanda buxarlaşdığını və bununlada gölün bərpasının çətinləşdiyini yazırlar.

Qeyd edək ki, son günlər güclü külək nəticəsində Urmu gölünün qurmuş sahələrinin duzları Urmu, Təbriz və Ərdəbilə kimi yayılıb və bölgədə ekoloji problemlərin yaranmasına səbəb olub.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar