SON XƏBƏRLƏR

Urmu gölündə suyun səviyyəsi 59 sm azalıb

2022.02.21, 10:05
Urmu gölündə suyun səviyyəsi 59 sm azalıb

Gunaz.tv

Onun verdiyi məlumata görə, son göstəricilərə əsasən Urmu gölünün hazırkı səviyyəsi 1270,70 metrdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59 santimetr azdır.

O, Urmu gölünün hazırkı sahəsinin 2261 kvadrat kilometr olduğunu deyib və artırıb ki, bu ötən ilin eyni dövründə 3577 kvadrat kilometr olub və bu müddət ərzində gölün sahəsi 1316 kvadrat kilometr kiçilib.

“Hazırda göldə 2 milyard 890 milyon kubmetr su var. Bu ötən ilin oxşar dövründə 4 milyard 820 milyon kubmetr olub. Bununlada son bir ildə Urmu gölündə suyun həcmi 1 milyard 93 milyon kubmetr azalıb”-deyə, Cavad Məhəmmədi bildirib.

Normal ekoloji göstəricilərə əsasən Urmu gölünün sahəsi 4635 kvadrat kilometr, suyunun həcmi isə 15 milyard kubmetrdən çox olmalıdır.
Qeyd edək ki, sabiq prezident Həsən Ruhani dövründə gölün bərpası ilə bağlı yaradılan qurumun bu günə kimi bərpa işlərində müsbət dəyişikliyə nail olmaması etirazlarla qarşılanıb. 

Bununla yanaşı yeni prezident İbrahim Rəisinin seçki qabağı təbliğat və təşviqat kampaniyasında Urmu gölünün qurumasının qarşınının alınması ilə bağlı tədbirlər görəcəyi barədə vədləridə özünü doğrultmayıb.

Məsələ ilə bağlı yanvarn ilk günlərində açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.   

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar