SON XƏBƏRLƏR

Urmu gölü ətrafında səhralaşma gedir

2022.06.20, 08:30
Urmu gölü ətrafında səhralaşma gedir

Gunaz.tv

"Əgər bir gün kimsə Şərqi Azərbaycanda səhralaşma olacağını desəydi kimsə buna inanmazdı. Ancaq bu gün Urmu gölü su hövzəsində artıq səharanın olduğunu görürük"-deyə, Fəthi bildirib.

O, Urmu gölü su hövzəsində indiki şərayitin davam edəcəyi təqdirdə səhralaşmanın dahada genişlənəcəyini deyib.

Əkbər Fəthi su qaynaqlarının məhdudlaşmasının əkunbçilik sahəsini təhdid edən torpaq və su qaynaqlarının tükəndiyini söyləyib və bunun nəticəsində əyalətin kənd təsərrüfatı məhsullarının 50 %-ı təmin edən Urmu gölü su hövzəsində ciddi quraqlığın başladığını qeyd edib.

Qeyd edək ki, özəlliklə son vaxtlar quraqlıq və Urmu gölünün quruması nəticəsində bölgənin bitki örtüyü ciddi şəkildə məhv olub və ətraf əyalətlərdə toz və duz fırtınaları ekoloji problemlərə gətirib çıxarıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar