SON XƏBƏRLƏR

Şəhər Şurasının üzvü hökuməti Urmu şəhərinə qarşı ayrı-seçkilidə günahlandırıb

2021.10.29, 12:31
Şəhər Şurasının üzvü hökuməti Urmu şəhərinə qarşı ayrı-seçkilidə günahlandırıb

Gunaz.tv

O, deyib ki, Urmu şəhərində marginallaşma və işsizlik ən böyük problemlərdəndir. Gülşən Novruzi bildirib ki, sosial güzaranın ağırlığı gənclərin depressiyaya düşməsinə səbəb olur.

Oktyabrın 28-də Urmunun Şəhər Şurasının üzvlərinin Qərbi Azərbaycan əyalətinin yeni valisi Məhəmmədsadıq Mötəmediyan ilə görüşündə çıxış edən Novruzi əyalət kəndlərində yaşayış imkanlarının olmadığı deyib. Onun sözlərinə görə, bu, şəhərlərə köçün artmasına səbəb olur. 

“Ölkənin çöllük və quraq bölgələrindəki şəhərlər abadlaşdırıldığı bir halda Urmu şəhərinə diqqət ayrılmayıb”-deyə, Mədəniyyət Komissiyasının başçısı mərkəzi fars şəhərləri ilə Urmu şəhəri arasında fərq qoyulduğunu bildirib.

Şəhər Şurasının sözçüsü Tumac Vəhid Əfşarda çıxışı zamanı şəhərin problemlərinin həll olunmasına çalışdıqları halda mərkəzdən vəsait ayrılmadığını söyləyib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar