SON XƏBƏRLƏR

Urmu hava limanında uçuşlar dayandırıldı

2021.12.17, 15:12
Urmu hava limanında uçuşlar dayandırıldı

Gunaz.tv

Nail Qaraməliki deyib ki, buna səbəb hava şəraitinin pisləşməsidir.

Onun sözlərinə görə güclü qar və yağış səbəbindən Urmu hava limanından bütün uçuşlar ləğv edilib. 

Nail Qaraməliki hal-hazırda hava limanında uçuş zolaqlarında qarın təmizlənməsi işləri aparıldığını deyib.

Lakin o, uçuşların nə vaxtdan başlayacağı barədə məlumat verməyib. 

Qərbi Azərbaycan əyalətinin Urmu, Xoy və Makı şəhərlərində hava limanı mövcud olsa da, əsas uçuşlar Urmu şəhərinin hava limanında həyata keçirilir. 

 

محمدعلی نائل قراملکی | پرتال حمل و نقل iranway

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar