SON XƏBƏRLƏR

Urmu və Ocanda Babək qalasına yürüşlə bağlı çağırışlar edilib

2022.06.29, 18:48
Urmu və Ocanda Babək qalasına yürüşlə bağlı çağırışlar edilib

Gunaz.tv

"Babək qalası, tariximizin böyük kişisi Babək Xurrəmdinin doğum gününün ildönümündə 1 iyul 2022-də görüşərik. Azərbaycan Milli Hərəkatı- Urmu"-deyə, yayılan afişalarda bildirilib.

"Biz birlikdə güclüyük"
Könlüm istər gəlsin hər yandan Azərbaycan səsi
Səslənəndə can bağışlar canlara canan səsi,
İlqara and içmişik biz, öldü vardır döndü yox.
Ta azərbaycanlı var batmaz Azərbaycan səsi
Qalasında Babəkin səs batmayıbdır indidə
Vardı daim Babəkilə bağlanan peyman səsi"
-deyə, Ocanda yayılan çağırış afişasında yazılıb.

Bundan öncə Təbriz, Ərdəbil və Sulduz şəhərlərində oxşar aksiyalar keçirilib və azərbaycanlılar Babək qurultayına çağrılıb.

Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş  keçirilir.

Qurultay ərəfəsində bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.

Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar