SON XƏBƏRLƏR

Urmu və Ərakda 5 məhkum edam edildi

2023.02.14, 14:35
Urmu və Ərakda 5 məhkum edam edildi

Gunaz.tv

Məhəmmədəli Əxtəri Kəhlan və Milad cacuyi Xanik adlı məhkumlara adam öldürdüklərinə görə edam cəzası verildiyi bildirilir.

Bununla yanaşı eyni tarixdə Mərkəzi əyalətin Ərak şəhərinin həbsxanasında da 3 məhkum edam edilib.

Onların hər üçünün narkotik maddələrin alverində günahlandırılan şəxslər olublar.

Edamlar barədə İran məhkəməsi və rəsmi mediası hər hansı açıqlama verməyib.

İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, 2022-ci ilin dekabr ayının əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla 565 nəfəri edam edilib.

Təşkilatın yanvarın 27-i axşam saatları açıqladığı son statistikaya görə, 2023-cü ilin yanvar ayında İranda 55 məhkum dar ağacından asılaraq öldürülüb. 

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar