SON XƏBƏRLƏR

Urmuda avtobus sürücüləri yenidən aksiya keçirib

2022.01.14, 12:30
Urmuda avtobus sürücüləri yenidən aksiya keçirib

Gunaz.tv

Buna səbəb Urmu Bələdiyyəsi Nəqliyyat Təşkilatının özəl sektor avtobusları sürücüləri və operatorlarının tələblərini yerinə yetirməməsidir.

İşi dayandıran sürücülər son bir həftədə ikinci dəfə olaraq etiraz aksiyası keçiriblər.

Onlar bildirib ki, bələdiyyə başda olmaqla əlaqədar qurumlar onların tələblərini yerinə yetirməyib.

Qeyd edək ki, onların tələbləri sürücülərin hüquqlarının təmin olunması, subsidiyaların verilməsi və əmək təhlükəsizliyinin qorunması ilə bağlıdır. 

Bununla yanaşı sürücülər 10 illik öhdəliyi bitdikdən sonra avtobus sənədlərinin onların adına keçirilmədiyini bildiriblər.

Onlar Urmu Bələdiyyəsi tərəfindən bilet subsidiyasının qalan hissəsinin ödənilmədiyini vurğulayıb, aldadıldıqlarını bildiriblər.

“Avtobuslarda gediş haqqı əhali, bələdiyyə və hökumət tərəfindən ödənilir. Son 15 ildə bələdiyyə və hökumətin sürücülər üçün nəzərdə tutulan ödənişi etməmələri durumumuzu ağırlaşdırıb”-deyə, sürücülərin nümayəndəsi Mehdi Əsədzadə bildirib.

O, bununla yanaşı vəsait ayrılmadığına görə Urmu sərnişin nəqliyyatı parkının köhnəlib sıradan çıxdığını deyib.

Onun sözlərinə görə, avtobusların yenilənməsi üçün 170 milyon tümən vəsait Urmu bələdyyəsi tərəfindən alınsa da, bu istiqamətdə addım atılmayıb. 

Qeyd edək ki, bundan öncə yanvarın 9-da Urmuda 290 avtobus sürücüsü işi dayandıraraq tətil aksiyası keçirmişdi. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar