SON XƏBƏRLƏR

Urmuda bələdiyyə məmuru intihar edib

2023.01.03, 09:19
Urmuda bələdiyyə məmuru intihar edib

Gunaz.tv

İşçi hərəkatı nümayəndələrindən olan Ramin Ənarinin verdiyi məlumata görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin bələdiyyəsində işləyən məmur özünü öldürüb.

Ənari bələdiyyə işçisinin intihar səbəbi kimi məişət və iqtisadi problemləri və çalışdığı dövlət qurumundan uzun müddətdir yığılıb qalan əmək haqqını ala bilməməsi göstərib.

"Verilən əmək haqqı insanların dolanışığına bəs etmədiyi halda onların maaşlarının ödənilməsi aylarla uzadılır. Bu son vaxtlar iqtisadi sıxıntılardan bezən bir neçə işçinin intihar etməsinə səbəb olub",-deyə, işçi hərəkatı fəalı bildirib.

Son aylar inflyasiyanın artması və insanların alıcılıq qabiliyyətinin azalması, eləcə də işsizlik səviyyəsinin artması ilə ölkədə intiharların sayı artıb. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar