SON XƏBƏRLƏR

"Urmuda ictimai nəqliyyat bərbad, avtobuslar istifadəyə yararsızdır"-Şəhər Şurasının sədri

2021.11.19, 11:35
"Urmuda ictimai nəqliyyat bərbad, avtobuslar istifadəyə yararsızdır"-Şəhər Şurasının sədri

Gunaz.tv

Məhəmməd Xəlilpur şəhərin ictimai nəqliyyat sahəsinin bərbad gündə olduğunu, avtobusların istifadəyə yararlı olamdığını deyib.

O, xüsusilə aztəminatlı bölgələrdə ictimai nəqliyyatın faktiki olaraq sıradan çıxdığını deyərək, bu sahədə problemin həlli üçün geniş tədbirlərin görülməsinə ehtiyac olduğunu söyləyib.

محمد ابن خلیلان شناسنامه فرهنگی-مذهبی شهر ارومیه است/پیشنهاد تاسیس حوزه  علمیه در اطراف بقعه | خبرگزاری فارس

Şəhər Şurasının üzvü Əhəd Yusifi isə başçının sözlərini təsdiqləyib.

Urmu şəhər bələdiyyəsinin Yük və Sərnişin Daşımaları Təşkilatının rəhbərinin İran İctimai Nəqliyyat Departamentinin İdarə Heyətinə üzv seçildiyini xatırladan Əhəd Yusifi ictimai nəqliyyat probleminin həllində gözləntilərinin doğrulmadığını qeyd edib.

Şəhər Şurasının sözçüsü Tumac Vəhid Əfşar şəhərin bütün bölgələrində ictimai nəqliyyat sisteminin ədalətli şəkildə genişləndirilməsi üçün planların hazırlanmasına çağırıb.

"Urmu bələdiyyəsi şəhərin bütün bölgələrində müvafiq ictimai nəqliyyat xidmətlərini təmin etməlidir”-deyə, bələdiyyənin bu sahədəki fəaliyyətsizliyini tənqid edib.

Bundan bir neçə həftə öncə Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi Seyid Salman Zakir də eyni problemə toxunaraq Urmuda ictimai nəqliyyat parkının yararsız durumda olduğunu, bu sahədə çalışanların hüquqlarının pozulduğunu demişdi.

“Urmu şəhərinin avtobus parkının təkmilləşdirilməsinə və yeni avtobusların gətirilməsinə ehtiyac var, bu dərhal həll edilməlidir”-deyə, millət vəkili əlaqədar qurumlara müraciət etmişdi. 

C.E      

 

جلوی خام فروشی معدن نمک قره باغ ارومیه گرفته شود

Tumac Vəhid Əfşar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar