SON XƏBƏRLƏR

Urmu mədəniyyət və incəsənət kompleksinin tikintisi 14 ildir yarımçıq qalıb

2021.12.22, 10:31
Urmu mədəniyyət və incəsənət kompleksinin tikintisi 14 ildir yarımçıq qalıb

Gunaz.tv

2007-ci ildə təməlatma mərasimi zamanı kompleksin 3 il ərzində tamamlanaraq mədəniyyət işçilərinin ixtiyarına veriləcəyi deyilmişdi. Lakin bu günə kimi adı çəkilən layihənin tamamlanması üçün büdcə ayrılmayıb. 

Qərbi Azərbaycan əyalətinin Mədəniyyət və İslami İrşad İdarəsinin başçısı Əlirza Noruzi faktı təsdiqləyib və durumdan təəssüfləndiyini deyib. 

“14 il öncə başlayan layihə 8 milyard tümən büdcə ilə 3-4 il ərzində tamamlanıb və istifadəyə verilməli idi. Ancaq Urmu üçün vacib mədəni layihə sayılan kompleksin tamamlanma işləri bu günə kimi baş tutmayıb”-deyə, Noruzi bildirib. 

Əyalətin Planlaşdırma və İdarəetmə Təşkilatının başçısı Nasir Həzrəti isə mediaya verdiyi açıqlamada hal-hazırda Qərbi Azərbaycanda 670 layihənin yarımçıq qaldığını, onların tamamlanması üçün 3 min milyard tümən büdcəyə ehtiyac olduğunu qeyd edib. 

Bundan öncə Qərbi Azərbaycan əyalətinin İncəsənət Mərkəzinin başçısı Əhəd Huşmənd də, mədəni mərkəzlərin, o cümlədən kinoteatrların tikinti və təmirinə vəsait ayrılmadığını bildirib.

O, iki il öncə Urmu şəhərində təməatma mərasimi keçirilən və bir il müddətinə tamamlanması nəzərdə tutulan “Azadi” kinoteatrının vəsait çatışmazlığı ucbatından yarımçıq qaldığını söyləyib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar