SON XƏBƏRLƏR

Urmuda maye qaz qıtlığı: Möhtəkirlər süni bahalaşma yaradıb

2021.10.20, 07:36
Urmuda maye qaz qıtlığı: Möhtəkirlər süni bahalaşma yaradıb

Gunaz.tv

Şəhərin müxtəlif yerlərində uzun növbələr yaranıb.

Saatlarla maye qaz məntəqələrinin qarşısında uzun növbələrdə dayanan urmulular qiymətlərin kəskin artmasına da etiraz edibblər.

Narazı əhali şəhərin bir çox yaşayış evlərində qaz xətti olmadığı üçün qaz balonlarından istifadə etməyə məcbur olduqlarını bildirib.

Qeyd olunub ki, benzini qiyməti yüksək olduğuna görə avtomobillərinə maye qaz vurmağa üstünlük verirlər.

Qaz növbəsində dayanan vətəndaşlar hökumətin məsələyə müdaxilə etməməsindən şikayətlənib.

Onlar üçün dövlət qurumlarına bağlı şəxslərin yaranmış vəziyyətdən sui-istifadə etdiyini, dəllal kimi qiymətlərin daha bahlaşmasına səbəb olduqlarını söyləyiblər.

توزیع بیش از ۱۴ میلیون لیتر نفت سفید در سلماس طی ۹ ماه نخست سالجاری | آدلین  نیوز

Urmunun Neft Məhsullarının Tədarükü Şirkətinin başçısı Əhməd Mücərrəd vətəndaşların ittihamlarına, uzun növbələrin yaranmasına münasibət bildirib.

Qeyd edib ki, maye qaz əldə etmək üçün şirkətin elektron səhifəsində qeydiyyatdan keçənlər üçün xidmət nəzərdə tutulub.

Qərbi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı Qulamrza Babayi məsələ ilə bağlı “Gənc Jurnalistlər Klubu”nun orqanı olan “Cavan” saytına açıqlama verib.

Bir sıra möhtəkilərin qiymətlərin bahalaşmasında maraqlı olduğunu vurğulayan Qulamrza Babayi deyib ki, maye qaz kapsullarının tədarükünə nəzarət edilir.

Başçı bildirib ki, rəhbərlik etdiyi qurum problemin aradan qaldırılmasına çalışır.

۱۳۸ واحد صنعتی در آذربایجان‌غربی احیا شد - ایرنا

C.E         
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar