SON XƏBƏRLƏR

Urmuda silah qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib

2022.03.09, 11:06
Urmuda silah qaçaqmalçılarına qarşı əməliyyat həyata keçirilib

Gunaz.tv

Məsud Xurrəmniya bildirib ki, əldə olunan məlumat əsasında əyalətin nərkəzi Urmu şəhərinin ətraf kəndlərindən birində əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 101 ədəd qanunsuz silahın aşkarlanaraq götürülüb.

Polis rəisi qaçaqmalçıların kimliyi və sayı ilə bağlı açıqlama verməyib. Onların saxlanıldığı da bəlli deyil.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətində silah-sursat və narkotik maddə alverçiləri əsasən gəlmə etnik kürdlərdir.

Onlar İraqın şimalında yerləşən muxtar bölgə və PKK terror təşkilatı ilə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar