SON XƏBƏRLƏR

Urmuda çörək sexlərinin fəaliyyəti məhdudlaşdırıldı

2022.04.09, 09:22
Urmuda çörək sexlərinin fəaliyyəti məhdudlaşdırıldı

Gunaz.tv

Bununla bağlı İranın bir növ “əxlaq polisi” sayılan və şəriət qanunlarının tətbiqi, icrasına nəzarət edən "əmr be məruf" qərargahı qərar verib və qərarın Urmu şəhəri Çörəkçilər Birliyi vasitəsilə həyata keçirilməsini istəyib.

Çörəkçilər Birliyinin başçısı Allahverdi Həsənzadə “Barış News”ə verdiyi açıqlamada orucluq ayı ilə əlaqədar əsasən səhər yeməyində istifadə edilən bir neçə növ çörək sexinin fəaliyyətlərinin məhdudlaşdırıldığını, onların günortadan sonra fəaliyyətinə icazə verildiyini bildirib.

Onun dediyinə görə, qaydalara riayət etməyən sexlərin yiyələrinə qarşı cəza tədbirləri görüləcək, cərimə ediləcəklər.

Qeyd etmək lazımdır ki, İranda oruc tutmayan şəxslərə qarşı sərt cəza tədbirləri uyğulanır və onlar 10 gündən 3 aya qədər həbs, 74 şallaq və cərimə cəzasına məhkum edilirlər.

Lakin rejimin zorakı syasət əks-effekt verir.  İnsanların dini ayinlərə münasibəti dəyişir.

Onlar bundan öncə sərbəst və könüllü olaraq yerinə yetirdikləri dini mərasimlərdən uzaqlaşırlar.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar