SON XƏBƏRLƏR

Urmuda aksiya: Narazı sürücülər bələdiyyə binası qarşısına toplaşıb-VİDEO

2022.01.20, 09:40
Urmuda aksiya: Narazı sürücülər bələdiyyə binası qarşısına toplaşıb-VİDEO

Gunaz.tv

Hüquqlarının tapdalandığını, məsulların onlara qarşı hörmətsiz davrandığını deyən sürücülər havanın qarlı və soyuq olmasına baxmayaraq Urmu şəhərinin bələdiyyə binası qarşısına toplaşıblar.

Bu günə qədər davam edən aksiyalara və irəli sürdükləri tələblərə əhəmiyyət verilmədiyini bildirən bir qrup sürücü idarə etdikləri avtobusların sənədlərini bələdiyyədən geri götürərək şəhərdaxili ictimai nəqliyyat parkındakı işlərini tərk ediblər.

Sürücülər bu addımı bələdiyyənin problemlə bağlı məsuliyyədən yayınmasından və bilet qiymətlərindəki fərqi sürücülərə ödəməkdən imtina etməsindən sonra atmağa məcbur olublar.

Urmu şəhərinin sürücüləri yanvarın 13-də də etiraz aksiyası keçirib. Onlar Urmu Bələdiyyəsi Nəqliyyat Təşkilatının özəl sektor avtobusları sürücüləri və operatorlarının tələblərini yerinə yetirməməsinə etirazlarını bildiriblər.

Qeyd edək ki, onların tələbləri sürücülərin hüquqlarının təmin olunması, subsidiyaların verilməsi və əmək təhlükəsizliyinin qorunması ilə bağlıdır. 

Bununla yanaşı sürücülər 10 illik öhdəliyi bitdikdən sonra avtobus sənədlərinin onların adına keçirilmədiyini bildiriblər.

Onlar Urmu Bələdiyyəsi tərəfindən bilet subsidiyasının qalan hissəsinin ödənilmədiyini vurğulayıb, aldadıldıqlarını bildiriblər.

“Avtobuslarda gediş haqqı əhali, bələdiyyə və hökumət tərəfindən ödənilir.

Son 15 ildə bələdiyyə və hökumətin sürücülər üçün nəzərdə tutulan ödənişi etməmələri durumumuzu ağırlaşdırıb”-deyə, sürücülərin nümayəndəsi Mehdi Əsədzadə bildirib.

C.E 
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar