SON XƏBƏRLƏR

Urmuda saxlanılan daha bir xanım fəalın kimliyi bəlli olub

2022.10.17, 10:18
Urmuda saxlanılan daha bir xanım fəalın kimliyi bəlli olub

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində keçirilən etiraz aksiyaları zamanı saxlanılan azərbaycanlı fəallardan daha birinin kimliyi məlum olub.

Şiva Kiyanfər sentyabrın 24-də həbs edilib. 

ETTELAAT təcridxanasına köçürülüb və orada bir neçə gün dindirildikdən sonra Urmu zindanına köçürülüb.

Gənc fəal ailəsi ilə saxladığı qısa müddətli telefon əlaqəsi zamanı Urmu zindanında olduğu barədə xəbər verib.

Şiva Kiyanfərin ailəsi onun ürək çatışmazlığından əziyyət çəkdiyi halda, həbs edildikdən sonra mədə qanaması ilə üzləşdiyini və həyatının təhlükədə olduğunu bildiriblər.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar