SON XƏBƏRLƏR

Urmuda etiraz aksiyası keçirilib- Rəsmi qurumların şovinist siyasəti pislənilib

2021.11.17, 09:03
Urmuda etiraz aksiyası keçirilib- Rəsmi qurumların şovinist siyasəti pislənilib

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin milli-mədəni fəalları şəhər divarlarında traktlar yapışdıraraq İran hökumətinin türk adlarına qarşı tətbiq etdiyi qadağalara etirazlarını bildiriblər.

Fars və ingiliscə hazırlanan traktlarda “Huntayın 3 yaşı tamam oldu, ancaq hələ də sənədi yoxdur” yazısı qeyd olunub.

Fəallar bununla 3 yaşlı culfalı Huntaya adı türkcə olduğu üçün sənəd verməyən İranın Qeydiyyat İdarəsinin şovinist siyasəti pislənilib.

Xatırladaq ki, İran Qeydiyyat İdarəsi Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan Huntaya adının türkcə olduğu üçün sənəd verməkdən imtina edir.

Bu barədə 3 yaşlı Huntayın anası özünün “İnstaqram” hesabında paylaşım edib. O, bildirib ki, övladına seçdiyi adda sənəd almaq üçün mübarizəsini davam etdirəcəyini yazıb.

“Bu gün Huntayın 3 yaşı tamam oldu. Ancaq biz hələ də ona sənəd ala bilməmişik. Ancaq bu mübarizəyə davam edəcəyik”-deyə, Huntayın anası özünün sosial media hesabında paylaşım edib.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

C.E

 

content_image_1637047168.jpg

content_image_1637047190.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar