SON XƏBƏRLƏR

Urmuda türk dilində tamaşa səhnəyə çıxarılıb

2022.05.08, 05:42
Urmuda türk dilində tamaşa səhnəyə çıxarılıb

Gunaz.tv

Oyunçuların Azərbaycanın milli və ənənəvi geyimləri ilə çıxış etdiyi tamaşada müharibələr pislənilir və onların dünyanın hər hansı bir yerində baş verməsi məhkum edilir.

Rejissorunun Əsgər Abidi (İlqar), ssenari yazarının isə Tohid Nəcəfzadə olduğu tamaşa mayın 17-ə kimi hər gün səhnəyə qoyulacaq.

Qeyd edək ki, bütün məhdudiyyətlərə baxmayaraq son illər Güney Azərbaycanda türkcə film və tamaşaların səhnələşdirilməsi azərbaycanlıların geniş rəğbəti ilə qarşılanıb.

Bir sıra film və teatr əsərləri əhalinin geniş marağına səbəb olduğu üçün təkrarən bir neçə dəfə səhnələşdirilib. 

Timur  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar