SON XƏBƏRLƏR

Urmuda türkcə "Atahan" adına şəxsiyyət vəsiqəsi verilmir

2022.08.05, 04:39
Urmuda türkcə "Atahan" adına şəxsiyyət vəsiqəsi verilmir

Gunaz.tv

Muxtarinin yaxınlarının bildirdiyinə görə, dəfələrlə müraciət etməsinə baxmayaraq, Qərbi Azərbaycan Qeydiyyat İdarəsi şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.

Onlar Qeydiyyat İdarəsi məsullarının uşağa farsca və ya siyahıda olan başqa bir adı seçmələrini təklif etsələr də, Atahanın valideynlərin bunu qəbul etməyib və öz kimliklərinə uyğun ad seçmık istədiklərini bildiriblər.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

İnsan haqları sahəsində fəaliyyət göstərən təşkilatlar məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunduğu vurğulanıb.  

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar